Modern.az

İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı

İran ABŞ-ın son sanksiyalarını

Dünya

17 Yanvar 2021, 08:54

İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ABŞ-ın İrana qarşı tətbiq etdiyi son  sanksiyaları görüntü yaratmaq cəhdi kimi xarakterizə edib.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə M.Vaezi “Twitter” hesabında yazıb. 

 

Qeyd edək ki, hazırkı Ağ Ev Administrasiyası Trampın səlahiyyət müddətinin bitməsindən bir həftə əvvəl Tehrana qarşı sanksiyanı nəzərəçarpacaq dərəcədə artırıb. Son sanksiya İran şirkətlərinin silah satışında iştiraka qadağa qoyur. Bu qadağa İranla yanaşı BƏƏ və Çinin də bir sıra şirkətlərinə şamil edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var