Modern.az

ABŞ-da partlayış: 3 polis yaralandı

ABŞ-da partlayış: 3 polis yaralandı

28 Fevral 2021, 13:49

ABŞ-da partlayış nəticəsində 3 polis əməkdaşı yaralanıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Kanzas ştatının Uiçito şəhər polis idarəsinin “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

 

Hadisə polis əməkdaşları şəhərdə yaşayış olmayan bir evə daxil olan zaman baş verib. Naməlum partlayıcı qurğunun işə düşməsi nəticəsində iki polis əməkdaşı yüngül, bir polis əməkdaşı ağır yaralanıb.

 

Hadisə yerinə ekspertlər cəlb edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir