Modern.az

Gürcü ekspert: “30 il ərzində işğal altında qalmış ərazilərdə hər şey məhv edilib”

Gürcü ekspert: “30 il ərzində işğal altında qalmış ərazilərdə hər şey məhv edilib”

28 Fevral 2021, 14:20

“Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib”.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun ekspert Aleksandr Klaxadze bildirib.

 

A. Klaxadze deyib ki, məscidlər qəbiristanlıqlar da dağıdılıb:

 

“Eyni zamanda ərazilər minalanıb, bu minalardan təmizləmək üçün uzun illər zamandır. Biz Cəbrayıl və digər rayonlarda da olacağıq”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir