Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün MDB XİN Şurasının iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Modern.az xəbər verir ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinq zamanı Lavrovun Ceyhun Bayramovla yanaşı, ermənistanlı həmkarı Ara Ayvazyanla da görüşəcəyini əlavə edib.
Nazir azərbaycanlı və erməni həmkarı ilə ayrı-ayrılıqda qapalı görüşərək Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.