Modern.az

Koronavirus xəstəxanasında yanğın: Ölənlər var

Koronavirus xəstəxanasında yanğın: Ölənlər var

Dünya

9 Sentyabr 2021, 08:11

Şimali Makedoniyanın Tetovo şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxanada yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Venko Filipçe bildirib.

 

Onun sözlərinə görə, yanğın nəticəsində azı 10 nəfər həlak olub:

 

"Hazırda yanğın nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib, lakin bu rəqəm arta bilər".

 

Səhiyyə naziri ölən və yaralananların ailələrinə başsağlığı verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi