Modern.az

Suriyada iki türk hərbçisi şəhid oldu - FOTO  

Suriyada iki türk hərbçisi şəhid oldu - FOTO  

Dünya

11 Sentyabr 2021, 13:08

 

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin əsgərləri terrorçuların hücumuna məruz qalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hücum nəticəsində Türkiyə ordusunun iki əsgəri şəhid olub, üçü isə yaralanıb.

 

Bölgədə axtarış-təmizləmə əməliyyatları həyata keçirən hərbçilərin hərəkətdə olduğu zaman hücuma məruz qaldıqları qeyd olunub. Hücum nəticəsində yaralanan hərbçilər xəstəxanaya yerləşdiriliblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok