Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 217 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 351 184 nəfərdən test götürülüb, onların 26 217-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 27 663 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88.84 %-nə bir doza, 77.4%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub
Akif İsmayılov