Ermənistan Paşinyan-Ərdoğan görüşünü istisna etmir

Ermənistan Paşinyan-Ərdoğan görüşünü istisna etmir

22 Sentyabr 2022, 23:19

Ermənistan tərəfi baş nazir Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün hələlik təsdiqlənmədiyini bildirir.

 

Modern.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan “Armenpress"ə açıqlama verib.

 

XİN rəsmisi deyib ki, Praqada görüşün mümkünlüyü istisna edilmir.

 

Qeyd edək ki, bu gün Ərdoğan Praqada Avropa İttifaqının təşkil etdiyi müzakirələrdə Paşinyanla görüşə biləcəyini açıqlayıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SİRLƏR AÇILDI! Vardanyan ilk ifadəsində dəhşətli faktları açıqladı