Modern.az

Ukraynada hərbi əməliyyatların tempi azalır - ABŞ kəşfiyyatı 

Ukraynada hərbi əməliyyatların tempi azalır - ABŞ kəşfiyyatı 

4 Dekabr 2022, 20:20

Ukraynada hərbi əməliyyatların tempi azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının baş direktoru Avril Hayns bildirib.

 

 O, bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyini qeyd edib.

 

“Biz münaqişədə bir növ səngimə müşahidə edirik və biz gözləyirik ki, bu, çox güman ki, yaxın aylarda da belə olacaq”, - deyə xanım Hayns vurğulayıb.

 

ABŞ kəşfiyyatının məlumatına görə, həm Rusiya, həm də Ukrayna tərəfləri qışdan sonrakı əks-hücuma hazırlıq məqsədilə tədarükləri bərpa etmək istəyir.

 

Haynes hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı siyasi məqsədləri dəyişməyib.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi