Modern.az

Rusiya Zaporojyeyə raket zərbələri endirdi – Ölənlər var

Rusiya Zaporojyeyə raket zərbələri endirdi – Ölənlər var

Dünya

5 Dekabr 2022, 17:15

Ukraynanın Zaporojye şəhərində partlayış səsləri eşidilib.

 

Modern.az “Unian”a istinadən xəbər verir ki, bu barədə şəhər məclisinin katibi Anatoli Kurtyev “Telegram” kanalında yazıb.

 

Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye şəhərinə raket zərbələri endirib, partlayış səsləri də məhz bununla əlaqədardır. 

 

Hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib. Həmçinin xəsarət alanların olduğu qeyd edilib.

 

A.Kurtyev əhalini diqqətli olmağa çağırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et