Putin növbəti dəfə səfərbərlik elan edə bilər

Putin növbəti dəfə səfərbərlik elan edə bilər

7 Dekabr 2022, 11:16

Rusiya prezidenti Vladimir Putin rusları Ukraynada müharibə üçün yeni səfərbərlik elanına hazırlayır.


Modern.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin məlumatında qeyd olunub.

Bildirilib ki, nə ümumi səfərbərlik, nə də Ukraynaya rəsmi müharibə elan etmək “dünyanın ikinci ordusu”na kömək etməyəcək.
 

Məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi dinc dövrdə iki illik çağırış dövrü ərzində eyni vaxtda 130 mindən çox olmayan çağırışçıya təlim keçə bilər. Beləliklə, peşəkar şəkildə mobilizasiya üçün ən azı üç ay lazım olacaq.


Qeyd edək ki, bundan əvvəl Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, hazırda cəbhəyə gələn “mobillər" Putinin qismən səfərbərlik əmrindən dərhal sonra cəbhəyə göndərilənlərdən daha yaxşı hazırlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq