Modern.az

Türkiyə yerli istehsal sualtı qayığın sınaqlarına başlayıb

Türkiyə yerli istehsal sualtı qayığın sınaqlarına başlayıb

10 Dekabr 2022, 00:58

Türkiyə ölkə daxilində istehsal edilən "Piri Rəis" sualtı qayığının sınaqlarına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Sınaqlara dekabrın 6-dan etibarən başladığı bildirilir. "Piri Rəis" sualtı qayıqımızın həyata keçirəcəyi əməliyyatlarda təhlükəsiz səfərlər və müvəffəqiyyətli missiyalar arzulayırıq", - deyə Nazirlik qeyd edib.

 

Qeyd edək ki, Türkiyə yerli istehsal sualtı qayıqların inşasına bir neçə il əvvəl başlayıb. "Gölcük" adlanan gəmiqayırma zavodunda istehsal edilən sualtı qayıqların hazırlanmasında Türkiyəyə Almaniya şirkətləri də dəstək verir. Layihə çərçivəsində ümumilikdə 6 sualtı qayığın istehsal edilməsi planlaşdırılır.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir