Modern.az

Yunanıstana qaçmaq istəyən FETÖ-çülər saxlanıldı

Yunanıstana qaçmaq istəyən FETÖ-çülər saxlanıldı

Dünya

26 Dekabr 2022, 13:00

Türkiyədən qanunsuz yollarla Yunanıstana qaçmağa cəhd edən FETÖ üzvləri saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, hadisə Yunanıstanla həmsərhəd olan Edirne vilayətində qeydə alınıb.

 

Vilayətin Meriç rayonunda qadağan olunmuş hərbi zonaya daxil olan şəxslər təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Onların FETÖ-çü olduğu üzə çıxıb.

 

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırmalar aparıldığı qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et