Modern.az

Xarkov yenidən bombalandı - Ölən və yaralılar var

Xarkov yenidən bombalandı - Ölən və yaralılar var

Dünya

30 Dekabr 2022, 16:48

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Katerinovka kəndini atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko “Telegram”da məlumat paylaşıb.

 

Onun sözlərinə görə, Rusiyanın hücumu nəticəsində azı iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

 

Hazırda hadisə yerində təcili yardım xidmətləri aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et