Modern.az

Sakit okeanda güclü zəlzələ - Sunami təhlükəsi

Sakit okeanda güclü zəlzələ - Sunami təhlükəsi

Dünya

8 Yanvar 2023, 17:52

Sakit okeanda güclü zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb.

 

Təbiət hadisəsi Vanuatu sahillərində olub. Rixter şkalası ilə 7 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 27 kilometr dərinliyində yerləşib. Zəlzələnin episentri Port-Orli yaşayış məntəqəsindən 25 kilometr məsafədə qeydə alınıb.

 

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib.

 

Ölən və ya yaralananlarla bağlı informasiya yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et