Modern.az

Rusiya ilə danışıqlar gedir - Baş nazir qaz ittifaqından danışdı

Rusiya ilə danışıqlar gedir - Baş nazir qaz ittifaqından danışdı

Dünya

11 Yanvar 2023, 10:45

Qazaxıstanın baş naziri Alixan Smailov Rusiya və Özbəkistanla birgə üçtərəfli qaz ittifaqından danışıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, məsələ ilə bağlı rəsmi təklif almadıqlarını açıqlayıb.

 

"Hələ ki, rəsmi şəkildə belə bir təklif almamışıq. Təklif gələndə baxarıq, müzakirə edərik", - deyə baş nazir söyləyib.

 

O qeyd edib ki, bununla belə, Rusiya ilə qaz təminatı sferasında əməkdaşlıq davam edir.

 

"Hazırda bu mövzuda Rusiya ilə bağlı danışıqlar aparırıq", - deyə Smailov əlavə edib.

 

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti prezident Vladimir Putindən üçtərəfli qaz ittifaqı ilə əlaqədar təklif alındığını və liderlərin ikitərəfli görüşdə bu məsələni müzakirə etdiklərini açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et