Modern.az

Türkiyə Yunanıstanın ölümə tərk etdiyi miqrantları xilas etdi

Türkiyə Yunanıstanın ölümə tərk etdiyi miqrantları xilas etdi

Dünya

13 Yanvar 2023, 11:10

Türkiyənin sahil-mühafizə xidməti 12 qanunsuz miqrantın həyatını xilas edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində köməksiz vəziyyətdə olan miqrantlar sudan çıxarılıb.

 

Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sularına doğru hərəkətə sövq edilən miqrantlar "TCSG-84" qayığı vasitəsilə sahilə gətirilib.

 

Miqrantlara zəruri yardım göstərildikdən sonra onların miqrasiya mərkəzinə təhvil verildiyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et