Modern.az

Zelenski ATƏT sədri ilə görüşdü 

Zelenski ATƏT sədri ilə görüşdü 

16 Yanvar 2023, 22:46

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ATƏT-in rəhbəri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Osmani özünün "Twitter" hesabında məlumat yayıb.

 

Görüşdə ATƏT-in Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində insan hüquqlarının pozulmasına diqqətinin artırılmasının zəruriliyi və digər aktual məsələlər müzakirə olunub.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et