Modern.az

Ukraynada ölən dinc sakinlərin sayı AÇIQLANDI

Ukraynada ölən dinc sakinlərin sayı AÇIQLANDI

Dünya

16 Yanvar 2023, 23:20

Rusiyanın Ukraynaya hücumunun başlamasından sonra 7031 dinc sakin həlak olub, daha 11 327 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Ölənlərdən 2784-ü kişi, 1875-i qadın, 177-i qız və 221-i oğlandır.

 

35 uşağın və 1939 böyük şəxsin cinsiyyəti müəyyən edilə bilməyib. Qurbanların əksəriyyəti artilleriya və raket hücumları, eləcə də hava zərbələri nəticəsində yaralanıb və ya həlak olub.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?