Modern.az

Çavuşoğlu Abdullahianla görüşdü

Çavuşoğlu Abdullahianla görüşdü

Dünya

17 Yanvar 2023, 14:19

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankaraya səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, XİN başçıları iki ölkə arasındakı münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Nazirlərin birgə mətbuat konfransı keçirməsi gözlənilir.

 

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi də Türkiyəyə səfər edəcək. Dəqiq tarix hələlik məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?