Modern.az

Rusiyanın etdikləri müharibəni dayandırmaq üçündür - Putin

Rusiyanın etdikləri müharibəni dayandırmaq üçündür - Putin

Dünya

18 Yanvar 2023, 14:46

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədən danışıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin yürütdüyü siyasətə haqq qazandırıb.

 

"Ukraynada müharibə 2014-cü ildən bəri davam edir və dayanmayıb. İndi Rusiyanın etdiyi hər şey müharibəni dayandırmaq üçündür", - deyə Rusiya prezidenti bildirib.

 

Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edib. Həmçinin ötən ilin 24 fevralından Ukrayna ərazilərinə hücum edib və işğal etdiyi əraziləri özünə birləşdirdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et