Modern.az

İrana qarşı yeni sanksiya paketinin detalları

İrana qarşı yeni sanksiya paketinin detalları

23 Yanvar 2023, 17:07

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə 4-cü sanksiyalar paketini qəbul edib.

 

Modern.az xəbər verir ki, Avropa İttifaqının rəsmi jurnalında dərc olunan bəyanatda sanksiyaların detalları açıqlanıb.

 

Belə ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun İranın müxtəlif əyalətlərindəki bütün bölmələri, eləcə də 18 fiziki və 19 hüquqi şəxs sanksiya siyahısına daxil edilib.

 

Qeyd edək ki, SEPAH İran ordusunun əsasını təşkil edir, eyni zamanda ölkə iqtisadiyyatında da mühüm paya sahibdir. Bu hərbi qurum öz bankına, əkin sahələrinə, xarici dövlətlərin banklarında aktivlərə malikdir.

 

Yeni sanksiyalara əsasən, SEPAH-la bağlı şəxslərin Avropa dövlətlərinə girişi qadağan ediləcək və onların hesabları dondurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub