Modern.az

Təcavüz iddiası: Fransız nazirin məhkəməsi davam edəcək

Təcavüz iddiası: Fransız nazirin məhkəməsi davam edəcək

Dünya

24 Yanvar 2023, 15:59

Fransanın daxili işlər naziri Cerald Darmaninin işi üzrə təcavüz iddiası ilə məhkəmə prosesi yuxarı instansiyada davam edəcək.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə iddiaçı Sofi Patterson-Spatzın vəkili Elodie Tuaillon-Hibon məlumat verib.

 

Bildirilib ki, Apellyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin işə xitam verilməsi barədə qərarını qüvvədə saxladığı üçün daha yuxarı instansiya məhkəməsinə müraciət olunacaq.

 

"Burada da ədalət təmin olunmasa, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik", - deyə vəkil söyləyib.

 

Qeyd edək ki, 2018-ci ildə Sofi Patterson-Spatzın Paris prokurorluğuna 2009-cu ildə nazirin ona təcavüz etməsi barədə şikayəti əsasında təhqiqatlara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü