Modern.az

İsveçrə Ukraynada hərbi məhsul istifadəsinə icazə verdi

İsveçrə Ukraynada hərbi məhsul istifadəsinə icazə verdi

25 Yanvar 2023, 23:38

İsveçrə bəzi hallarda Ukraynada minatəmizləmə üçün ölkədə istehsal olunan avadanlıqların istifadəsinə icazə verib. 

 

Modern.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası (milli hökumət) məlumat yayıb.

 

"Minatəmizləmə avadanlıqlarının qanuni və təyinatı üzrə istifadə edilməsinə zəmanət verilir”, - deyə hökumətin bəyanatında bildirilib.

 

Qeyd edək ki, İsveçrə indiyədək hərbi məhsullarının Ukraynada istifadə edilməsinə qadağa qoymuşdu.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi