Modern.az

Rusiya Ermənistana missiya göndərilməsinə qarşı çıxdı

Rusiya Ermənistana missiya göndərilməsinə qarşı çıxdı

Dünya

26 Yanvar 2023, 17:38

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə gətirmədən Avropa İttifaqının xeyrinə seçim etməyə üstünlük verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir. 

 

“Əlbəttə, Ermənistan KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsa, təşkilatın missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”-, Rusiya XİN bəyan edib. 

 

Rusiya tərəfi Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşdirilməsini qınayıb: “Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdi ermənilərin və azərbaycanlıların köklü maraqlarına zərbə vura bilər”.

 

Qeyd edək ki, Avropa İttifaqı Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi