Modern.az

Münaqişəni 24 saata həll edərdim - Trampdan Ukrayna mesajı

Münaqişəni 24 saata həll edərdim - Trampdan Ukrayna mesajı

Dünya

27 Yanvar 2023, 09:16

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı rəsmi Vaşinqtonu tənqid edib.

 

Modern.az xəbər verir ki, Tramp bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

 

"Əgər mən hazırda Amerika prezidenti olsaydım, müharibənin sona çatması üçün razılaşmalara nail olardım və 24 saat ərzində Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə müvəffəq olardım", - deyə Tramp qeyd edib.

 

Xatırladaq ki, Tramp bundan əvvəl Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan etmişdi ki, Kiyevə milyonlarla dollarlıq yardım göndərilməməli, münaqişəyə sövdələşmə ilə son qoyulmalıdır. O, həmçinin qeyd etmişdi ki, ABŞ-ın hərəkətlərinə görə Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır