Modern.az

Ağ Ev Ukraynaya F-16 verilməsini istisna etmir - FOTO

Ağ Ev Ukraynaya F-16 verilməsini istisna etmir - FOTO

Dünya

27 Yanvar 2023, 11:06

ABŞ-ın Ukraynaya F-16 qırıcıları tədarükü istisna deyil.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin köməkçisi Con Fayner deyib.

 

"ABŞ-ın bu məsələdə kilid rol oynaması gözlənilir. Biz öz köməyimizi Ukraynanın içində olduğu döyüşlərin fazasına uyğun şəkildə adaptasiya etməyə çalışırıq. Bu baxımdan hər hansı konkret sistemlərin verilməsini istisna etməmişik və etmirik", - deyə o bildirib.

 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski "Leopard" tanklarının tədarükü qərarından sonra Qərb ölkələrindən qırıcılar istəmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır