Modern.az

Polşa Ukraynaya əlavə 60 tank göndərməyə hazırlaşır

Polşa Ukraynaya əlavə 60 tank göndərməyə hazırlaşır

Dünya

27 Yanvar 2023, 13:19

Polşa hökuməti Ukraynaya hərbi yardım çərçivəsində 14 ədədi Almaniya istehsalı “Leopard 2” ilə yanaşı, əlavə 60 tank göndərməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bunu Baş naziri Mateuş Moravietski “CTV News” kanalına müsahibəsində deyib.

 

Moravietski qeyd edib ki, digər 60 ədəd tankın 30 dənəsi “PT-91 Twardy” texnikasıdır ki, onlar da sovet istehsalı Т-72М1 tanklarının təkmilləşdirilmiş versiyasıdır.

 

Xatırladaq ki, indiyə qədər Polşa hökuməti Ukraynaya 200 ədəd T-72 tankı göndərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür