Modern.az

Gürcüstan yerli istehsal olan ilk PUA-ları sınaqdan KEÇİRDİ

Gürcüstan yerli istehsal olan ilk PUA-ları sınaqdan KEÇİRDİ

27 Yanvar 2023, 17:12

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Müdafiə Nazirliyinin rəhbərliyi ilə birlikdə Polşa tərəfilə birgə istehsal olunmuş pilotsuz uçuş aparatlarının (PUA) ilk sınaq sınaqlarının keçirilməsində iştirak edib.
 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
 

"Gürcüstan-Polşa birgə müəssisəsində istehsal olunan pilotsuz uçuş aparatlarının sınaq uçuşunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili iştirak edib. Döyüş və kəşfiyyat pilotsuz uçuş aparatları sınaq uçuşunu uğurla həyata keçirib", - məlumatda deyilir.
 

Sınaq zamanı“Warmate” kamikadze pilotsuz uçan aparatı və “FlyEye” kəşfiyyat aparatı test edilib.

Məlumata görə, “Warmate” yüksək effektivliyə və hədəfi məhv etmə dəqiqliyinə malik olan, gəzən PUA-dır. O, müxtəlif döyüş başlıqlarını daşıya bilər.

“FlyEye” isə öz növbəsində çətin meteoroloji şəraitdə, eləcə də elektron hücum zamanı kəşfiyyat missiyalarını yerinə yetirə bilir. Dron məlumatları qəbul edir, təhlil edir və sonra real vaxt rejimində yerə ötürür.
 

Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze bildirib ki, hökumət aprel ayından bu PUA-ların kütləvi istehsalına başlamağı planlaşdırır.
 

2021-ci ildə Gürcüstanda PUA istehsalına başlamaq planları müzakirə edilib. 2022-ci ilin noyabrında məlum olub ki, Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" dövlət hərbi elmi-texniki mərkəzi pilotsuz uçuş aparatları istehsal edəcək "Delta - WB" adlı birgə müəssisə yaradıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü