Modern.az

Hazırda dini durum sabitdir - Komitə sədri

Hazırda dini durum sabitdir - Komitə sədri

Dünya

30 Yanvar 2023, 17:56

Hazırda Azərbaycanda dini durum sabitdir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Onun sözlərinə görə, bütün məsələlər hüquq-mühafizə orqanlarının və Dövlət Komitəsinin nəzarəti altındadır:

 

“Azərbaycanda din amilindən kimlərinsə sui-istifadə edərək ölkədə siyasi sabitliyi pozmaq cəhdi elə başlanğıcda məhvə məhkumdur. Bu cür cəhdlərin qarşısını almaq üçün həm güc strukturları, həm ictimaiyyət, həm də medianın xüsusi rolu var. Azərbaycan tolerant, multikultural və vəhdət ölkəsidir. Azərbaycan hər hansı məzhəbin üstün olduğu ölkə deyil. Azərbaycanda islami dəyərlərə əməl edilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et