Modern.az

Türkiyədə daha bir zəlzələ

Türkiyədə daha bir zəlzələ

Dünya

6 Fevral 2023, 09:32

Türkiyədə növbəti zəlzələ baş verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ Balıkesir regionunda baş verib. Yeraltı təkan Rixter şkalası ilə 4.6 balla qiymətləndirilib.

 

İtki və ya dağıntı ilə bağlı hələlik məlumat yoxdur.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et