Modern.az

Türkiyədəki zəlzələ Qrenlandiyada da hiss olundu - İtaliyada sunami təhlükəsi

Türkiyədəki zəlzələ Qrenlandiyada da hiss olundu - İtaliyada sunami təhlükəsi

Dünya

6 Fevral 2023, 16:06

Türkiyədə baş verən zəlzələ Şimali Amerika yaxınlığında yerləşən Qrenlandiya adasında da hiss olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Frans Press" nəşri danimarkalı seysmoloqlara istinadən yazıb.

 

Bildirilib ki, zəlzələ adada hiss edilib, lakin dağıntı və ya tələfat baş verməyib.

 

Məlumata görə, Türkiyədəki zəlzələdən sonra İtaliya Aralıq dənizi sahillərində sunami təhlükəsi elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et