Modern.az

Türkiyədə 7 günlük matəm ELAN EDİLDİ

Türkiyədə 7 günlük matəm ELAN EDİLDİ

Dünya

6 Fevral 2023, 21:40

Türkiyədə zəlzələ fəlakəti ilə əlaqədar 7 günlük matəm elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında məlumat paylaşıb.

 

"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək”, - Türkiyə Prezidenti bildirib.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində həlak olanların sayı 1651 nəfərə, yaralananların sayı isə 11 min 119 nəfərə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et