Modern.az

Bölgəyə 54 min çadır göndərilib - Türkiyə lideri

Bölgəyə 54 min çadır göndərilib - Türkiyə lideri

Dünya

7 Fevral 2023, 15:44

Zəlzələ bölgələrinə 54 min çadır göndərilib.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

 

O bildirib ki, 102 min yataq və ləvazimatları da zəlzələdən əziyyət çəkənlərə yollayıblar. Bundan əlavə, 53 317 personalın axtarış-xilasetmə tədbirlərinə cəlb olunduğu qeyd edilib.

 

Ərdoğanın sözlərinə görə, 26 karqo təyyarəsi, habelə Türkiyə Silahlı Qüvvələrinə malik gəmilər də zəlzələ ilə bağlı görülən işlər üçün səfərbər edilib.

 

"5000 tibbi personal zəlzələnin fəsadlarının aradan qaldırılması prosesinə cəlb olunub", - deyə Türkiyə prezidenti əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et