Modern.az

Rusiya və Ukrayna Dneprin deltasına nəzarət etməyə çalışır - Britaniya kəşfiyyatı

Rusiya və Ukrayna Dneprin deltasına nəzarət etməyə çalışır - Britaniya kəşfiyyatı

Dünya

8 Fevral 2023, 11:45

"Həm Rusiya, həm də Ukrayna qarşı tərəfin hücumuna hazır olmaq üçün Dnepr çayının deltasına nəzarət etmək istəyir".

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının gündəlik bülletenində məlumat yer alıb.

 

"Rusiya noyabrda Xersonun Dneprin qərb sahillərindəki hissəsindən qoşunlarını çıxardıqdan sonra çay deltasındakı adalarda və kanallarda döyüşlər və kəşfiyyat fəaliyyəti davam edib. Rusiya qüvvələri çox güman ki, əsas adalarda mövcudluğunu saxlamaq üçün qayıqlardan istifadə edib və Ukrayna bir neçə dəfə Rusiya postlarını zərərsizləşdirmək üçün uzunmənzilli artilleriyadan uğurla istifadə edib. Ehtimal etmək olar ki, hər iki tərəf çayın Qara dənizə töküldüyü yerdə, Dnepr çayının sol sahilində yerləşən ərazidə kiçik qruplar yerləşdirib.

 

Hər iki tərəf çox güman ki, strateji əhəmiyyətli çayın mənsəbinə - dənizə çıxışa nəzarət etmək və düşmənin Dnepr üzərindən böyük hücuma keçmək cəhdlərinə hazırlaşmaq üçün bu ərazilərdə mövcudluğunu davam etdirməyə çalışır", - deyə bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!