Türkiyə və Suriya üçün dua edək - Roma Papası dünyaya səsləndi

Türkiyə və Suriya üçün dua edək - Roma Papası dünyaya səsləndi

Dünya

8 Fevral 2023, 17:06

Roma Papası Fransisk Türkiyə və Suriyada baş verən zəlzələ ilə əlaqədar hər kəsi bu ölkələrlə həmrəylik göstərməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Roma Papası Fransiskin "Twitter" hesabında paylaşım edilib.

 

"Minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan zəlzələdən ciddi zərər görən Türkiyə və Suriya əhalisi üçün birlikdə dua edək. Mən kömək edən və buna səy göstərən hər kəsə təşəkkür edirəm və hər kəsi həmrəyliyə dəvət edirəm", - paylaşımda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurda kritik görüş: Azərbaycan yox dedi