Modern.az

Qafqazda sülhün təşviqi ABŞ üçün prioritetdir - AÇIQLAMA 

Qafqazda sülhün təşviqi ABŞ üçün prioritetdir - AÇIQLAMA 

Dünya

11 Fevral 2023, 01:00

Cənubi Qafqazda sülhün təşviqi təkcə ABŞ administrasiyası üçün deyil, dövlət katibi Entoni Blinken üçün də prioritet olaraq qalır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin birinci müavini Vedant Patel deyib.

 

O bildirib ki, bunu Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə əlaqəsi sübut edir.

 

Patelin sözlərinə görə, ABŞ sülhü təşviq etmək üçün istər ikitərəfli əsasda, istər Avropa İttifaqı daxilində mexanizmlər vasitəsilə prosesdə iştirak etməyə sadiqdir.

Twitter
Sizə yeni tvit var
Keçid et