Modern.az

Çin gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Çin gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Dünya

12 Fevral 2023, 23:21

Çin Hərbi Dəniz Qüvvələrinə məxsus kəşfiyyat gəmisi Yaponiyanın ərazi sularına daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb.

 

Gəmi Yakuşima adlı bölgənin cənub-qərbindən Yaponiya sularına daxil olub. Çin tədqiqat gəmisinin 2021-ci ilin noyabrından bəri Kaqoşima sahillərindəki sulara yeddinci dəfə daxil olduğu bildirilir.

 

Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Pekinə hərəkətlərindən narahatlığını ifadə edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?