Modern.az

Oğuzhan Uğur prokurorluğa çağırıldı - YENİLƏNİB

Oğuzhan Uğur prokurorluğa çağırıldı - YENİLƏNİB

Dünya

13 Fevral 2023, 12:05

Türkiyədə tanınmış bloqer Oğuzhan Uğur prokurorluğa çağırılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun ifadə verməsi üçün dəvət edildiyi bildirilib.

 

Zəlzələ ilə bağlı yardım üçün formalaşdırılmış "Ahbap" platformasının aktiv təşkilatçılarından olan Uğur su bəndinin deşilməsi barədə səhv məlumat yaymaqda ittiham edilir.

 

***

00:27

 

Türkiyədə prokurorluq məşhur sosial media fenomeni Oğuzhan Uğur haqqında araşdırma başladıb.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalının yaydığı məlumatda bildirilib.

 

Qeyd edilib ki, o, zəlzələ bölgəsində yerləşən su bəndinin divarının çatlaması ilə bağlı informasiya yayıb. 

 

Prokurorluq “BaBala TV” internet kanalının sahibi Oğuzhan Uğur haqqında “ictimaiyyəti çaşdıran məlumat yayma” maddəsi ilə istintaq başladıb.

 

Akif İsmayılov 

Bu xəbər ilə bağlı
Biri “çörək yoxdur” deyir, digəri su – Zəlzələ bölgəsində olan jurnalist
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?