Modern.az

Türkiyəyə göndərilən erməni xilasedicilər geri qayıdır

Türkiyəyə göndərilən erməni xilasedicilər geri qayıdır

Dünya

16 Fevral 2023, 11:58

Ermənistanın Türkiyəyə zəlzələ ilə bağlı göndərdiyi axtarış-xilasetmə qrupunun üzvləri bu gün geri qayıdacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.

 

O bildirib ki, xilasedicilər quru yolu ilə Ermənistana geri dönəcəklər.

 

Qeyd olunub ki, Ermənistan hökuməti Suriya və Türkiyədəki zəlzələ ilə bağlı 400 min ABŞ dolları həcmində vəsait ayırıb. İrəvanın zəlzələ olan bölgələrə 200 ton humanitar yardım, o cümlədən ərzaq, geyim və tibbi vasitələr göndərdiyi əlavə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et