Modern.az

Sabiq spiker seçkilərin ertələnməsinə etiraz edənləri qınadı - Allahdan qorxun!

Sabiq spiker seçkilərin ertələnməsinə etiraz edənləri qınadı - Allahdan qorxun!

Dünya

17 Fevral 2023, 13:13

Türkiyədə zəlzələ ilə bağlı seçkilərin ertələnməsi barədə müzakirələr davam edir.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanunverici orqanın sabiq sədri, baş nazirin keçmiş müavini, hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Bülent Arınç yenidən bu mövzu ilə bağlı danışıb.

 

"Deyirlər ki, konstitusiyaya görə müharibə vəziyyəti istisna olmaqla, digər hallarda seçkilərin təxirə salınması yolverilməzdir. Bu barədə Quran ayəsi var? Allahdan qorxun. Konstitusiyanın ilk dörd maddəsi xaric olmaqla, onsuz da hər tərəfi dəyişdirilib. Seçkilərin ertələnməsi barədə olan 78-ci maddəyə tabu kimi sadiq qala bilmərik", - deyə eks-spiker bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Arınç tviter səhifəsindəki paylaşımında zəlzələyə görə seçkilərin ertələnməsini təklif etmiş və 3 variant irəli sürmüşdü. O, seçkilərin ya bu ilin payızında, ya 2024-cü ilin martında, ya da bütün partiyaların ortaq məxrəcə gəlməsi ilə təyin olunacaq başqa tarixdə keçirilməsinin doğru olacağını bəyan etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi