Modern.az

Rusiyanın raket ehtiyatları TÜKƏNİR

Rusiyanın raket ehtiyatları TÜKƏNİR

Dünya

19 Fevral 2023, 11:39

"Rusiya Qara dənizə iki reaktiv daşıyıcı raket buraxıb. Bununla belə, düşmənin qanadlı raket ehtiyatları tükəndiyi üçün kifayət qədər “Kalibr”i yoxdur".

 

Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.

 

O qeyd edib ki, fevralın 19-u səhər saatlarında Rusiyanın 9 gəmisi Qara dənizdə döyüş növbətçiliyində olub. Onların arasında biri yerüstü, digəri sualtı olmaqla iki raketdaşıyıcı var.

 

"Biz düşmənin raketlərin sayı barədə güvənsizliyini görürük. Onlar artıq çatışmayan "Kalibr" ehtiyatlarını Sevastopola gətirməyə çalışırlar", - Qumenyuk bildirib.

 

Onun sözlərinə görə, Rusiya yeni raketlər istehsal etməyə davam etsə də, ehtiyatların yenilənməsi tempi o qədər də intensiv deyil.

 

"Bu, ehtiyatın bərpa sürətinin onların istədikləri kimi olmadığını göstərir. Lakin biz gördük ki, onların "kalibr"lərinin sayı təxminən 20% səviyyəsində qalıb. Bu, çox aşağı ehtiyat səviyyəsidir. Lakin başa düşürük ki, onlar bəzi əlavə raketlərdən istifadə edə bilərlər”, - deyə Qumenyuk xəbərdarlıq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et