Modern.az

Ukrayna NATO-ya Aİ-dən daha tez qoşula bilər - Yermak

Ukrayna NATO-ya Aİ-dən daha tez qoşula bilər - Yermak

Dünya

22 Fevral 2023, 21:53

Ukrayna Avropa İttifaqına daxil olmamışdan əvvəl NATO-ya üzv ola bilər.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

 

“Mən inanıram ki, biz Avropa İttifaqı üzvlərindən daha tez NATO üzvü ola bilərik", - o bildirib.

 

Eyni zamanda Yermak əlavə edib ki, Ukrayna Şimali Atlantika Alyansının ən yaxşı "imicmeykeri"dir.

 

"Bu gün hamı başa düşür ki, Rusiyanın NATO ilə müharibədə şansı yoxdur", - deyə Yermak vurğulayıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et