Modern.az

Müharibə araşdırmalarına nazirlər və baş qərargah rəisləri də cəlb olunacaq

Müharibə araşdırmalarına nazirlər və baş qərargah rəisləri də cəlb olunacaq

Dünya

2 Mart 2023, 10:25

Ermənistanda sabiq müdafiə nazirləri və baş qərargah rəislərinin II Qarabağ müharibəsi ilə bağlı dindiriləcəyi barədə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti yazıb.

 

Belə ki, 44 günlük müharibə ilə bağlı araşdırmalar aparan xüsusi parlament komissiyasının belə niyyəti olduğu qeyd olunub.

 

Bildirilib ki, Eduard Asryanla söhbətdən sonra onun sələfləri istifadəyə yararsız raket tədarükündə təqsirləndirilən Artak Davtyan və Onik Qasparyanın dindirilməsi nəzərdə tutulub. Həmçinin keçmiş müdafiə nazirlərinin, o cümlədən hazırda həbsdə olan, müharibə dövründə bu postu tutmuş David Tonoyanın da dindirilməsi istisna edilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et