Modern.az

Ərdoğan mühüm toplantı keçirəcək - Nələr müzakirə olunacaq?

Ərdoğan mühüm toplantı keçirəcək - Nələr müzakirə olunacaq?

Dünya

2 Mart 2023, 11:03

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Milli Risk Qalxanı Modeli ilə bağlı toplantı keçirəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Ərdoğanın sədrliyi ilə keçiriləcək ilk toplantı İstanbulda baş tutacaq.

 

Əsas gündəm mövzusunun zəlzələ və şəhərlərin təbii fəlakətlərə qarşı daha hazırlıqlı və dayanıqlı hala gətirilməsi olacağı qeyd edilib.

 

Xatırladaq ki, Türkiyədə Milli Risk Qalxanı Modelinin qurulacağı dünən elan edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et