Modern.az

Fransa Ukraynaya “Mirage” qırıcıları verəcək

Fransa Ukraynaya “Mirage” qırıcıları verəcək

Dünya

2 Mart 2023, 17:27

Fransa "Mirage" qırıcılarının Ukraynaya tədarükünü nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə ВMF TV məlumat yayıb.

 

Fransanın müdafiə naziri Sebastyan Lekornu da təsdiqləyib. Onun sözlərinə görə, 2022-ci ilin yayında istismardan çıxarılaraq anbara yerləşdiriləcək 12 qırıcının təhvil verilməsi məsələsi müzakirə olunur. Lekornu uçuş təlimi keçirildiyini təsdiqləməsə də, nəşr pilotların Polşada təlim keçə biləcəyini yazır.

 

Nazir əlavə edib ki, təyyarələrin təhvil verilməsi ilə bağlı çətinliklər maddi-texniki təchizat, təlim və onlara texniki qulluq imkanları ilə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et