Serbiya parlamenti 2005-ci ilin iyununda Srebrenitsa anklavında (Bosniya və Hersoqovina) bir neçə min müsəlmanın güllələnməsi cinayətini pisləyib. Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə serb parlamenti uzunsürən gərgin debatlardan sonra müvafiq deklarasiya qəbul edib. Sənədin lehinə 173 deputatdan 123-ü səs verib. Hakim demokrat partiyası tərəfindən parlamentə təqdim olunmuş müvafiq qətnamənin mətni üzrə debatlar ötən gecə yarıya kimi davam edib. Parlamentdə təmsil olunan müxalifətin bir qismi hakimiyyətin mövqeyini kəskin tənqid edib. Onlar Bosniya silahlı münaqişəsində bütün tərəflərin törətdiyi cinayətlərin pislənməsini tələb edib.