Modern.az

Rusiya səfiri Dövlət Departamentinə çağırıldı

Rusiya səfiri Dövlət Departamentinə çağırıldı

Dünya

14 Mart 2023, 22:32

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov ABŞ Dövlət Departamentinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Səfirin çağırılmasına səbəb Rusiya qırıcı təyyarəsinin Qara dəniz üzərində ABŞ-a məxsus PUA-nı zədələməsi olub.

 

CNN-in məlumatına görə, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb.

Whatsapp
Bizə yazın!
Keçid et