Modern.az

Kalın ABŞ-da Azərbaycan-Ermənistan məsələsini müzakirə etdi

Kalın ABŞ-da Azərbaycan-Ermənistan məsələsini müzakirə etdi

Dünya

15 Mart 2023, 08:14

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutub.

 

Danışıqlar zamanı ikitərəfli əlaqələr müzakirə olunub və bir sıra qlobal məsələlərə toxunulub. 

 

Rəsmilər Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan normallaşma prosesi, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et