Modern.az

Ermənistanda Daxili Qoşunlar ləğv olunur

Ermənistanda Daxili Qoşunlar ləğv olunur

Dünya

15 Mart 2023, 15:46

Ermənistan Daxili İşlər Nazirliyində struktur dəyişiklikləri həyata keçiriləcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, islahatlar barədə nazir Vahe Qazaryan danışıb.

 

O, parlamentdəki çıxışında bildirib ki, Daxili İşlər Nazirliyinin yekun struktur formalaşdırılmasından sonra Daxili Qoşunlar demilitarizasiya edilərək Mühafizə Polisi statusuna endiriləcək.

 

Nazirin sözlərinə görə, yeni struktura həm Dövlət Mühafizəsinin Baş İdarəsi, həm də yüksək vəzifəli şəxsləri müşayiət edən Yol Polisinin xüsusi bölməsi daxil ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et